SIĞORTA

Daha 3 nəfərə sığorta vasitəçiliyi fəaliyyəti üçün lisenziya verildi - FİNS
11 APREL
361

Daha 3 nəfərə sığorta vasitəçiliyi fəaliyyəti üçün lisenziya verildi - FİNS

2019-04-11 10:09:00

Sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib. Fins.az Palataya istinadən xəbər verir ki, nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 3 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.  

Keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vuranların adlarını sizə təqdim edirik:

Mustafayev Rövşən Rasim oğlu “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti Daxili audit xidmətinin rəhbəri 70 bal

Mustafayev Adil İmran oğlu 83 bal

Muradov Nüsrət Sadıq oğlu 70 bal

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

                                                                                       Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır