SIĞORTA

ASC “Standard İnsurance” Sığorta Şirkəti Bakı şəhər Nizami rayon İcra Hakimiyyətində
10 APREL
491

ASC “Standard İnsurance” Sığorta Şirkəti Bakı şəhər Nizami rayon İcra Hakimiyyətində

2019-04-10 12:38:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Təşkilatçılığını ASC “Standard İnsurance” Sığorta Şirkətinin və Nizami rayon İcra Hakimiyyətinin həyata keçirdiyi görüşdə ölkə başçısının 28.03.2019-cu il tarixində keçirdiyi müşavirənin və MBNP-nin 01.04.2019-cu il tarixində Sığorta Şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçirdiyi görüşün mövzusu əsas olaraq götürülmüş, rayon ərazisində fəaliyyət göstərən ticarət mərkəzlərinin rəhbərləri ilə sığorta məsələləri, problemləri və təklif olunan sığorta imkanları geniş şəkildə müzakirə edilmişdir.

Nizami rayon İcra Hakimiyyətinin başçısın müavini İldırım Mehdiyev açılış çıxışını etmiş, daha sonra mütəxəssislər tərəfindən iştirakçılara sığortanın növləri barədə məlumat verilmiş, orta və iri ticarət obyektlərinin sığortalanmasının zəruriliyi məsələsi müzakirə edilmişdir.

09.04.2019-cu il tarixində baş tutan görüşdə MBNP-nin əməkdaşı Oruc Həsənxanov, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədr müavini Elsevər Tanrıverdiyev, ASC “Standard İnsurance” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Anar Sadıxov, Korporativ Satış Departamentinin direktoru Anar Xələfov, Paşa Sığorta ASC-nin Kommersiya direktoru Əlağa Nağıyev, Korporativ Satış şöbəsinin əməkdaşı Vadim Məmmədov, Dövlət Sığorta Kommersiya Şirkətinin Hüquq və kadr departamentinin direktoru Əfqan Mirzəyev nüfuzlu iş adamları, respublikada fəaliyyət göstərən qabaqcıl sığorta şirkətlərinin, rayonun inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, Keşlə qəsəbə nümayəndəliyinin, mənzil-tikinti kooperativlərinin, rayonun sosial obyektlərinin, ticarət mərkəzlərinin, sənaye müəssisələrinin rəhbərləri ilə bir araya gəlmişdir.

ASC “Standard İnsurance” Sığorta Şirkətindən İcra Hakimiyyətlərində bu cür maarifləndirici tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyi vurğulanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264