SIĞORTA

Sığorta agenti barədə nə bilirik?! - FİNS
05 APREL
301

Sığorta agenti barədə nə bilirik?! - FİNS

2019-04-05 15:40:00

Sığorta sektorundan bəhs edən bu dəfəki yazımızda sığorta agenti barədə məlumat verəcəyik. Fins.az xəbər verir ki, sığorta agenti ilə bağlı Sığorta haqqında Azərbaycan Respublikası Qanununun Ümumi Müddəalarında bir sıra bəndlər yer alıb.

Həmin qeydlərdə göstərilir ki, sığorta agenti (agent) təşkilati hüquqi formasından asılı olmayaraq hər hansı hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ola bilər. Qanunda göstərilir ki, sığorta müqaviləsini bağlamaq və sığorta haqlarını qəbul etmək səlahiyyəti sığortaçıya məxsusdur.

Bu səlahiyyət agentlik müqaviləsində göstərmək şərtilə agentlərə də verilə bilər. Agent müqavilə ilə sığortaçının adından və onun verdiyi səlahiyyət daxilində vasitəçilik fəaliyyəti göstərir, o cümlədən sığortaçını təmsil edərək onun adından sığorta müqaviləsini bağlaya bilər.

                                                                                                                Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027