SIĞORTA

Sığortaçılar Birliyi bu məqsədlə yaranır - FİNS
03 APREL
365

Sığortaçılar Birliyi bu məqsədlə yaranır - FİNS

2019-04-03 17:47:00

Sığorta sektoru ilə bağlı silsilə yazılarımız davam edir. Bu dəfə sizə sığortaçılar birliyinin sturkturu, yaranma məqsədi və digər nüanslar barədə məlumat verəcəyik. Fins.az xəbər verir ki, sözügedən məsələ ilə əlaqədar Sığorta haqqında Azərbaycan Respublikasının Qanununun Ümumumi Müddəalarında bir sıra bəndlər yer alıb.

Həmin bəndlərdə qeyd olunub ki, ölkədə sığorta işinin iştirakı, sığortaçılar arasında əməkdaşlığın təmin edilməsi, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə sığortaçıların birliyi (Birlik) yaradılır və birlik hüquqi şəxs statusuna malik olan ictimai təşkilatdır.

Həmçinin vurğulanır ki, birliyin orqanlarına seçkilərin keçirilməsi, idarə edilməsi, qərarların qəbul edilməsi və üzvlük haqlarının verilməsi qaydası, üzvlərinin hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq üzvlərin ümumi yığıncağında qəbul etdikləri nizamnamə ilə müəyyən edilir. Bununla yanaşı birlik, sığorta fəaliyyətinin inkişaf etdirilməsi üçün sığorta sahəsində tədqiqat və ixtisas təşkilatları yarada, kurslar açsa, seminar, konfrans və digər elmi tədbirləri təşkil edə, hüquqi şəxs olan sığorta büroları yarada bilər. Birlik sığortaçıların beynəlxalq və Azərbaycan Respublikası assosiasiyalarının və təşkilatlarının üzvü ola bilər.

                                                                                          Müəllif: Elmir Murad

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265