SIĞORTA

ASC “Standard İnsurance” Sığorta Şirkəti və Azərbaycan Dövlət Aqrar Universitetinin növbəti işbirliyi
22 MART
473

ASC “Standard İnsurance” Sığorta Şirkəti və Azərbaycan Dövlət Aqrar Universitetinin növbəti işbirliyi

2019-03-22 10:22:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Aqrar Universitetində “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” adlı elmi konfrans keçirilib.

Təşkilatçılğını ASC “Standard İnsurance” Sığorta Şirkətinin və ADAU-nun həyata keçirdiyi konfransda Türkiyədə kənd təsərrüfatının sığortalanması ilə məşğul olan TARSİM qurumunun rəhbəri Yusuf Cemil Satoğlu, qurumun əməkdaşı Zeki Karakurt, Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Kənd Təsərrüfatı Sığortaları və Təbii Fəlakətlər İdarəsinin rəisi Bekir Engürülü Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta fəaliyyətinə nəzarət departamentinin Qeyri-həyat infrastrukturuna nəzarət idarəsinin rəisi Firdovsi Ağaşirinov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Namiq Məmmədov, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Pərviz Hacıyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektron kənd təsərrüfatı informasiya sisteminin koordinatoru Şahmar Bayramlı, həmçinin ölkə ərazisində fəaliyyət göstərən Sığorta Şirkətlərinin yerli nümayəndəliklərinin rəhbərləri, fermerlər və sahibkarlarla bir araya gəlib. Azərbaycanda aqrar sığortanın tətbiqi üsullarını, problemləri və imkanları geniş müstəvidə müzakirə etmək məqsədilə təşkil olunan konfransda həmçinin aqrar iqtisadiyyatda müasir yeniliklər, Azərbaycanda bitkiçiliyin və heyvandarlığın inkişaf istiqamətləri də müzakirə edilmişdir. Konfrans iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb. Gəncə səfərləri çərçivəsində Türkiyədən dəvət olunmuş qonaqlar dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Şairin uyuduğu məqbərə ilə yaxından tanış olan qonaqlara bələdçilər tərəfindən tarixi-memarlıq abidəsi haqqında ətraflı məlumat verilib, dünyəvi şairin həyat və yaradıcılığından söhbət açılıb. Sonda ziyarətçilər türbə önündə xatirə şəkli çəkdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266