SIĞORTA

Sığorta ödənişləri barədə vacib bilgi - FİNS
15 MART
198

Sığorta ödənişləri barədə vacib bilgi - FİNS

2019-03-15 14:53:00

Sığorta ödənişinin verilməsi bütün zamanlarda insanları düşündürən məsələ olub. Fins.az xəbər verir ki, bu barədə bənd Sığorta haqqında Azərbaycan Respublikasının Qanununun Ümumi Müddəalarında vacib yerlərdən birini tutur. Həmin bənddə qeyd olunur ki, sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir. Həmçinin sığorta aktını sığortaçı və ya onun vəkil etdiyi şəxs (ekspert) tərtib edir. Sığortaçı sığorta hadisəsinin səbəblərini və təfsilatını aydınlaşdırmaq hüququna malikdir. Müəssisələr, idarələr, təşkilatlar və hüquq-mühafizə orqanları, sığorta hadisəsi ilə əlaqədar sığortaçının sorğusuna əsasən tələb olunan məlumatı verməlidirlər. Həmin bənddə vurğulanır ki, sığorta ödənişlərdən vergi və rüsumlar tutulmur. 

                                                                                                                Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264