SIĞORTA

Daha bir layihənin təqdimatı keçirildi
15 MART
97

Daha bir layihənin təqdimatı keçirildi

2019-03-15 10:28:00

Avropa İttifaqının maliyyələşdirdiyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik), Fransanın sosial sahələrlə bağlı nazirliklərinin Avropa və beynəlxalq məsələlər üzrə nümayəndəliyinin, Litvanın sosial müdafiə qurumları ilə birgə icra etdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinin KİV nümayəndələri üçün geniş təqdimatı keçirilib. Fins.az xəbər verir ki, tədbirdə Avropa İttifaqı nümayəndəliyinin təmsilçisi Simona Qatti, layihənin benefisiar tərəfdən rəhbəri Aysel İbayeva və tvininq layihəsinin daimi müşaviri Qediminas Çerniauskas layihə haqqında məlumat vermişlər, layihə çərçivəsində görülən işlərdən və əldə olunmuş nəticələrdən danışıblar. Layihə çərçivəsində Fransa, Litva və Estoniyadan olan beynəlxalq ekspertlər yerli mütəxəssislərlə təcrübə mübadilələri aparıb, habelə İTSDA-nın təşkilati quruluşu və strateji vəzifələri hazırlanmış, sığortalı şəxsin statusunun təyini və sığortalı şəxslərin qeydiyyatı prosesinin müəyyənləşdirilməsi, o cümlədən tibbi sığorta haqlarına dair qanunvericiliyə və xərclərin bölüşdürülməsi siyasətlərinə aid təkliflər hazırlanıb. Layihə müddətində  layihənin üzv dövlətlərdən olan mütəxəssisləri icbari tibbi sığortanın sınaqdan keçirilməsində İTSDA-ya müntəzəm olaraq dəstək göstərmişlər, həmçinin 2017-2018-ci illər ərzində İTS üzrə pilot layihənin qiymətləndirilməsi aparılmış və buna istinadən maliyyə idarəetməsinin düzgün tənzimlənməsi ilə bağlı təkliflər hazırlanıb. Layihənin maliyyə idarəetmə çərçivəsi komponentinin icrası müddətində aktuarial analizlər üzrə İTSDA-ya dəstək göstərilmiş, Azərbaycan səhiyyə xərclərinin və dövlət səhiyyə gəlirlərinin orta müddətli proqnozu hazırlanıb. İnformasiya texnologiyaları çərçivəsində e-Səhiyyənin texniki quruluşu ilə bağlı nəzəri tərtibat barədə benefisiara tövsiyələr verilmiş və İT sisteminin strukturu hazırlanıb. Layihə çərçivəsində xidmətlər zərfinin hazırlanması vətibbi xidmətlər üzrə satınalma müqavilələrinin bağlanması, əhalinin ehtiyacları və ölkənin səhiyyə sahəsində strateji maraqları nəzərə alınmaqla müqavilə şərtlərinin formalaşdırılması sahələrində yerli təlimçilər qrupu hazırlanıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264