SIĞORTA

Sığortaçının vəzifələrini siz də bilin! - FİNS
14 MART
223

Sığortaçının vəzifələrini siz də bilin! - FİNS

2019-03-14 19:33:00

Son zamanlar sığorta sahəsinə marağın artması sığortaçının vəzifələrinə nələrin daxil olmasını daha da önə çəkmiş olur. Fins.az Sığorta haqqında Azərbaycan Respublikasının Qanunundakı Ümumi Müddəalara istinadən bildirir ki, sığortaçı ilk növbədə sığortalını sığorta qaydaları ilə tanış etməli, sığortalı sığorta hadisəsinin baş verməsi riskini və sığortalanmış əmlaka dəyə biləcək zərərin miqdarını azaldan tədbirlər gördükdə, yaxud əmlakın həqiqi dəyəri artdıqda sığortalının ərizəsi üzrə bu halları nəzərə almaqla sığorta müqaviləsini yenidən bağlamalı, sığorta ödənişini müqavilədə və ya qanunda müəyyən edilmiş müddətdə və qaydada verməli, əks halda, sığortalıya hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,2 faizi miqdarında dəbbə pulu (cərimə) ödəməli, sığorta hadisəsi nəticəsində sığortalanmış əmlaka dəyə bilən zərərin qarşısının alınması və ya azaldılması üçün sığortalının xərclərini ödəməli, bir şərtlə ki, bu, sığorta qaydalarında nəzərdə tutulsun, həm də dəyən zərərin miqdarından artıq olan xərclərin əvəzi ödənilməməlidir. Müddəalardakı bəndlərdə vurğulanır ki, sığortalı və onun əmlak vəziyyəti barədə məlumatı, o cümlədən kommersiya sirri olan məlumatı yaymamalıdır. O, cümlədən sığorta müqaviləsində sığortaçının başqa vəzifələri də nəzərdə tutula bilər və sığortaçılar vergi ödədikdən sonra öz sərəncamında qalan mənfəətdən hər rüb 1 faiz həcmində vəsait müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına köçürməlidirlər. Müddəada qeyd olunan digər bəndlər aşağıdakılardır: Təkrar sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı qarşısında öz öhdəlikləri üzrə tam məsuliyyət daşıyır. Təkrar sığortaçı sığortaçı qarşısında götürdüyü öhdəliklər üzrə məsuliyyət daşıyır.Təkrar sığorta müqaviləsi sığortaçı ilə sığortalı arasında bağlanan ilə eyni vaxtda qüvvədən düşür. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sığortaçılarının yalnız xüsusi razılıq aldığı sığorta növü üzrə riskləri təkrar sığortaya qəbul etmək hüququ vardır. İcbari sığorta növləri üzrə təkrar sığortaya verilən risklərin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sığortaçılarda saxlama payının həcmi və onun saxlama qaydası qanunla müəyyən edilir.

                                                                                                                                                  Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264