SIĞORTA

"AzRe Təkrarsığorta" daşınmaz əmlaka yatırımları 5 dəfə artırıb – HESABAT
14 MART
279

"AzRe Təkrarsığorta" daşınmaz əmlaka yatırımları 5 dəfə artırıb – HESABAT

2019-03-14 12:02:00

"AzRe Təkrarsığorta" ASC 1 yanvar 2019-cu il tarixinə maliyyə göstəricilərini açıqlayıb.

Fins.az finans.az-a  istinadən xəbər verir ki, ötən ilin sonunda şirkətin cəmi aktivləri 118 mln. 202 min 73 manat olub. Bu isə ötən ilin əvvəli ilə müqayisədə 15,7% çoxdur. Sığorta şirkətinin cəmi aktivlərinin tərkibində uzunmüddətli aktivlər 59 mln. 358 min 885 manat, qısamüddətli aktivlərin həcmi isə 58 mln. 843 min 188 manat təşkil edib. Qeyd edək ki, şirkətin uzunmüddətli aktivlərinin tərkibində torpaq, tikili və avadanlıqlarının həcmi 5 dəfəyə yaxın artaraq 1 mln. 216 min 280 manat təşkil edib.

ÖHDƏLİKLƏRİ ARTIB.

1 yanvar 2019-cu ilin tarixinə "AzRe Təkrarsığorta"nın cəmi öhdəlikləri ötən ilin əvvəli ilə müqayisədə 11% artaraq 27 mln. 543 min 87 manat olub.

Sözügedən dövrə sığorta şirkətinin cəmi kapitalı təqribən 17,2% və ya 13 mln. 317 min manat artaraq 90 mln. 658 min 986manata çatıb. Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 50 mln. manat təşkil edir.

MƏNFƏƏTDƏDİR.

Yanvar-dekabr ayları ərzində "A-Qroup Sığorta" ASC-nin cəmi gəlirləri 63 mln. 185 min 112 manat, cəmi xərclərib 31 mln. 919 min 551 manat təşkil edib. Sığorta şirkətinin vergidən əvvəlki mənfəəti 31 mln. 265 min 661 manat olub. Mənfəətindən 6 mln. 201 min 285 manat vergi ödəyən "A-Qroup Sığorta Şirkəti" 2018-ci ili 25 mln. 64 min 375 manat xalis mənfəət ilə başa vurub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267