SIĞORTA

“Standard Insurance” ölkənin bir çox regionlarında...
28 FEVRAL
644

“Standard Insurance” ölkənin bir çox regionlarında...

2019-02-28 12:54:00

Ölkənin aparıcı və etibarlı sığorta şirkətlərindən olan ASC “Standard Insurance” Sığorta Şirkəti 21.12.2017-ci il tarixindən tələbə təcrübə proqramı layihəsinə start vermişdir. Tələbə təcrübə proqramı iştirakçılarına 3 ay müddətində sığorta şirkətinin Bakı şəhərində və regionlarda fəaliyyət göstərən nümayəndəliklərində sığorta işinin əsaslarını öyrənmək, şirkətin peşəkar əməkdaşları tərəfindən keçirilən təlimlərdə iştirak etmək imkanı yaradılmışdır. Yekunda tələbələr qiymətləndirilərək sertifikatlarla təltif olunur, fərqlənən tələbələrə iş təklif edilir. Ötən tədris ilində üzrə tələbə təcrübə proqramı çərçivəsində 50-yə yaxın tələbənin təcrübə keçməsinə şərait yaradan və 12 tələbəyə iş təklif edən ASC “Standard İnsurance” SŞ 2018-2019-cu tədris ili üçün yeni tələbə təcrübə proqramına start vermişdir. Hazırda 70-ə yaxın tələbənin qoşulduğu təcrübə proqramında Bakı Biznes Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Lənkəran Dövlət Universitetinin tələbələri iştirak edir. Layihənin məqsədi tələbələrin sığorta sahəsində bilik və bacarıqlarının artırılması, təhsildə əldə etdikləri nəzəri bilikləri şirkətdə praktiki təcrübə keçərək, gələcək karyeralarında uğur qazanmalarına yardımçı olmaqdan ibarətdir. Qeyd edək ki, 2002-ci ildən etibarən fəaliyyət göstərən ASC “Standard İnsurance” SŞ öz prinsiplərinə sadiq qalaraq müştərilərin məmnuniyyətini təmin etmək üçün təkliflər verir, müştəri tələbatına uyğun yeni sığorta məhsulları hazırlayaraq sığorta bazarında öz nüfuzunu saxlamaqda davam edir. ASC “Standard İnsurance” SŞ ölkənin müxtəlif bölgələrini əhatə edən geniş xidmət şəbəkəsinə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır