SIĞORTA

Azərbaycanda kimlər sığortasını şərikli edir? – Şərikli sığorta
12 FEVRAL
411

Azərbaycanda kimlər sığortasını şərikli edir? – Şərikli sığorta

2019-02-12 16:55:00

Sığorta növlərindən biri də Şərikli sığortadır. Bu sığorta məhsulu başqa ölkələrdə yetərincə tətbiq olunan məhsullardandı. Bəs Azərbaycanda necə, şərikli sığorta tətbiq edilir? Fins.az-ın bu sualını sığorta mütəxəssisi İlkin Nəcəfov cavablandırıb. Onun sözlərinə görə, şərikli sığortanın olunmasına səbəb böyük risklərin olmasıdır. Bu risklərin qarşılamaq üçün daha etibarlı və uyğun şərtlərlə təkrarsığortası olan nisbətən güclü sığorta şirkəti ilə birlikdə digər sığorta şirkəti riski müəyyən praporsiya qəbul edirlər. Bu mexanzim də şərikli sığorta hesab olunur. Adətən bu sığortadan fundamental risklərin qəbulu zamanı faydalanılır. Azərbaycanda bu sığorta növündən çox nadir hallarda, əsasən böyük holdinqlərin keptiv sığortaçısının minoritar payı olmaqla istifadə edilir – deyə ekspert bildirib.

Şərikli sığorta - Riskin iki və ya daha çox sığortaçı arasında onların hər birinin hüquq və vəzifələrini ehtiva edən eyni müqavilə əsasında sığortalanmasıdır.

Şərikli sığortada müəssisə ona məxsus zavodu orada yerləşən bütün avadanlıqlarla birlikdə sığorta etdirmək niyyətini açıqlayır və bununla bağlı sığortaçıya müraciət edir. Zavodun sığorta riskləri müəyyən məbləğdə dəyərləndirilir. Bu zaman ilk müraciət olunan  sığortaçı böyük məbləğdə olan riski təkbaşına sığortalamağa cəsarət etmir və buna görə də həmin riskin şərikli sığortalanması üçün digər sığortaçılara da təklif edir. Sığortaçılar öz maliyyə imkanlarına uyğun olaraq riskin şərikli sığortalanmasına razılıq verirlər. Bununla da şərikli sığorta həyata keçirilir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259