SIĞORTA

Qısa müddətdə sığorta şirkətləri qlobal birjalara çıxacaqlar
07 FEVRAL
290

Qısa müddətdə sığorta şirkətləri qlobal birjalara çıxacaqlar

2019-02-07 17:00:00

Bildiyiniz kimi, sığorta şirkətlərinin balansında ciddi məbləğdə sərbəst vəsaitlər mövcuddur. Sığorta şirkətləri bu vəsaitləri əsasən hansı investisiya sahələrində dəyərləndirir? Fins.az xəbər verir ki, sığorta mütəxəssisi Hikmət Allahverdi bu sualı cavablandırarkən bildirib ki,Əvvəllər sığorta şirkətləri sərbəst vəsaitlərini əsasən kommersiya banklarında depozit qoymaqla və dövlət istiqrazlarını (əsasən İpoteka Fondunun istiqrazları) satın almaqla dəyərləndirirdilər. Son zamanlar daha mürəkkəb investisiya alətlərinə yatırım etməyə başlayıblar. Belə ki, artıq korporativ istiqrazlar, səhmlər və repolar da investisiya portfelinə daxil olub. Bu qəbildən investisiyalara Paşa Yatırım Bankası, SOCAR, Embafinans BOKT və AR Maliyyə Nazirliyinin buraxdığı istiqrazları misal göstərmək olar. Eyni zamanda artıq repo əməliyyatlarına da investisiyalar mövcuddur. Ortamüddətli perspektivdə sığorta şirkətlərinin qlobal birjalarla daha sıx işləyəcəyini güman etmək olar - deyə ekspert qeyd edib. 

Müəllif: Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9295
  • ₽ RUB
    0.0259