SIĞORTA

Zəlzələ ilə əlaqədar AZSIĞORTA şirkəti qərargah qurub - 30 dan çox müraciət
06 FEVRAL
285

Zəlzələ ilə əlaqədar AZSIĞORTA şirkəti qərargah qurub - 30 dan çox müraciət

2019-02-06 12:14:00

Bu an üçün AZSIĞORTA şirkətinə artıq 30-dan çox müraciət daxil olub.

Daxil olmağa davam edən müraciətlərə operativ reaksiya göstərmək və ən qısa zamanda zərərləri qiymətləndirmək məqsədilə, AZSIĞORTA zəlzələ nəticələri ilə iş üzrə operativ qərargah qurmuşdur.Həmçinin, müraciətlər *6565 nömrəsi ilə qəbul edilir.

AZSIĞORTA üçün bu ilk belə təcrübə deyil –şirkət 2016-cı ildə İmişli rayonunda və 2015-ci ildə Şəki rayonunda baş vermiş zəlzələlər zamanı analojı tədbirlər həyata keçirmişdir.

Xatırladaq ki, fevralın 6-na keçən gecə Pirqulu stansiyasından 7 km cənubda zəlzələ qeyd alınmışdır. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 5 bala yaxın olub.

Qeyd edək ki, AZSIĞORTA Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərir, ən sabit və çoxprofilli şirkətlərdən biridir və ölkənin TOP-5 sığorta şirkətlərinə daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259