SIĞORTA

Hansı evlərə zəlzələyə görə sığorta ödənişi verilə bilər?
06 FEVRAL
389

Hansı evlərə zəlzələyə görə sığorta ödənişi verilə bilər?

2019-02-06 14:57:00

Zəlzələdən evim zərər görərsə sığorta ödənişi ala bilərəm? Daşınmaz əmlakın icbari sığortasında və ya hüquqi şəxlərə məxsus əmlakın icbari sığortasının təminatlarının içində zəlzələ riskləri də var. Binaların konstruksiyasına , təmirinə , döşəməsinə və s bu kimi zəlzələ nəticəsində dəyən zərərə sığorta təminatı verilir. Amma evin içərisində mallar icbari əmlak sığortasının predmeti deyil. Bunun üçün könüllü sığorta olunmalı idi. Fins.az xəbər verir ki, bunu Fins.azın sualını cavablandırarkən sığorta mütəxəssisi İlkin Nəcəfov bildirib.

İlkin Nəcəfov
İlkin Nəcəfov
 

Əmlakın icbari sığortsında sığorta ödənişləri əmlakın yerləşdiyi regiona görə, tənzimlənir, əgər əmlak Bakı şəhərində yerləşirsə bu zaman bir illik sığorta haqqı 50 manatdır və sığorta hadisəsi baş verən zaman maksimum 25 min manata daha dəqiq isə 24750 manat ödənilir. 

Digər regionlarda Sumqayıt, Gəncə, Naxçıvanda icbari əmlak sığortasına ödəniş 40 manatdır. Digər bütün regionalar üçün isə 30 manat nəzərdə tutulur. Sumqayıt, Gəncə, Naxçıvanda sığorta məbləğləri isə 20 min (19750), digər  regionlar üçün isə 15 min(14750) manatdır.

Əgər dükan və ya böyük market sahibinin marketi icbari sığortası olarsa və zəlzəzlə nəticəsində obyektə zərər dəyərsə o zaman sığorta ödənişi almaq olar?

Ekspert bu suala cavab verərkən bildirib ki, daşınmaz əmlakın icbari sığortası əmlakın özünə dəyən ziyanı sığortalayır evin və ya marketin içərisində ki, malları dəymiş ziyanı sığortalamır yalnız əmlaka dəyən ziyanı üçün hesablanır.

Əmlakın içindəki mallara görə, dəymiş ziyana görə isə könüllü sığortası olanlar ödəniş ala bilərlər.

Daşınmaz əmlakın həm icbari həm də könüllü sığortasında azad olma tətbiq olunur. Könüllü sığortada adətən ümumi sığorta məbləğinin 1% azad olunur. Bütün risklər üzrə sığorta məbləğinin 1 faizi, zəzlzələ riski üzrə sığorta məbləğinin 2 faizi həcmində azad olma tətbiq olunur. Çünki bizim region seysmik aktiv region olduğundan Beynəlxalq Təşkilat sığorta şirktləri  regionun riskini yüksək tuturlar ona görə, bizdən təkrara sığortada tək zəlzələ riski üzrə franşizanı iki qat tələb edirlər deyə ekspert bildirib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259