SIĞORTA

"Standard İnsurance" və ADAU ölkədə bir İlkə imza atdılar
05 FEVRAL
381

"Standard İnsurance" və ADAU ölkədə bir İlkə imza atdılar

2019-02-05 15:11:00

ASC “Standard İnsurance” Sığorta Şirkəti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

ASC “Standard İnsurance” Sığorta Şirkətinin respublikanın bir çox təhsil müəssisələri ilə əlaqələrinin sürətli inkişafı sığorta sahəsində mütəxəssis hazırlığına öz töhfələrini verməkdədir.

01 fevral 2019-cu il tarixində ASC “Standard Insurance” SŞ və Azərbaycan Dövlət Aqrar Universiteti ilə ölkədə ilk dəfə olaraq dövlət-özəl tərəfdaşlığı çərçivəsində ortaq müəssisənin yaradılması üçün müqavilə imzalayıb. Müqaviləni ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və ASC “Standard Insurance” SŞ-nin İdarə Heyətinin sədri Anar Sadıxov imzalayıblar.

Müqavilə universitetin magistrant və aspirantlarının Şirkətin bazasında elmi-tədqiqat işlərinin aparılması, şirkətin sığorta mütəxəssislərinin “qonaq-mühazirəçi” qismində tədris prosesinə cəlb edilməsi, birgə konfrans, seminar və Strartap layihələrinin həyata keçirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində büdcədənkənar gəlirlərin stimullaşdırılması və təhsil alanlara sahibkarlıq bacarıqlarının aşılanmasının təşviqi, ASC “Standard İnsurance” SŞ-nin törəmə şirkəti olan “Standard İnsurance” MMC Sığorta Agentliyi ilə birgə fəaliyyətin təşkili yolu ilə tələbələrin şirkətin fəaliyyətinə cəlb edilməsi məsələlərini əhatə edir.

Tədbirdə ASC “Standard İnsurance” SŞ-nin nümayəndələri ilə yanaşı universitetin professor-müəllim heyəti, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşı Ayxan Qədəşov, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Gəncə nümayəndəliyinin rəhbəri Afina Babayeva, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin mütəxəssisi Eldar Quliyev, Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Departamentinin baş direktorunun müavini, vergi xidməti müşaviri Nazim Piriyev, Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Departamenti Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin direktoru, baş vergi xidməti müşaviri Rauf Mirzəyev iştirak ediblər.

İİTKM-nin nümayəndəsi Ayxan Qədəşov öz çıxışında Cənab Prezidentin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş 12 strateji yol xəritəsindən 5-nin məhz bu tədbirdə əhatə olunduğunu vurğuladı.

- Azərbaycan Respublikasında Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Stratejı Yol Xəritəsi;
- Azərbaycan Respublikasında peşə təhsili və təlimin inkişafına dair Strateji Yol Xəritəsi;
- Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Stratejı Yol Xəritəsi;
- Azərbaycan Respublikasında telekamunikasiya və inkişaf texnologiyalarının inkişafına dair Stratejı Yol Xəritəsi;
- Azərbaycan Respublikasında milli iqtisadiyyatın perspektivi üzrə Stratejı Yol Xəritəsi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259