SIĞORTA

Övladınızın təhsil haqqını sığorta şirkəti ödəyəcək - Davamlı təhsil
05 FEVRAL
451

Övladınızın təhsil haqqını sığorta şirkəti ödəyəcək - Davamlı təhsil

2019-02-05 10:03:00

Hər bir valieyn üçün əsas prioritet məsələlərdən biri, bəlkə də ən birincisi övladının təhsilidir. Çünki yaxşı təhsil insanın cəmiyyətdə xüsusi yer tutmasına yardımçı olan əsas vasitələrdən biridir. Lakin bəzən də elə olur ki, valideynlərin başına gələnbədbəxt hadisədən sonra onlar övladlarının təhsil haqlarını ödəyə bilmirlər. Bəs bu vəziyyətdən necə çıxmaq olar?! Təhsilini artıq yarıya qədər çatdırmış gənc nə etməlidir ? Bu vəziyyətdən çıxış yolu var!? Bəli var. Belə ki, “PAŞA Həyat” şirkətinin belə hallardan qorunmaq üçün xüsusi sığorta məhsulu var.  Davamlı təhsil adlanan bu sığorta məhsulu təhsil alanlar üçün xüsusi layihədir.

Belə ki, ödənişli təhsil alanın  valideynlərindən birinin ölüm və bədbəxt hadisə nəticəsində I qrup əlillik alması ilə qarşılaşdığı təqdirdə onun övladının təhsil müddətinin sonuna qədər ödəməli olduğu təhsil haqqının “PAŞA Həyat” şirkəti tərəfindən ödənilməsini nəzərdə tutan sığorta məhsuludur. Nəticədə bu sığorta məhsulu gələcəyə və övladınıza yatırdığınız investisiyanı qoruyub saxlamış olacaq.

Hansı təhsil ocağında təhsil alanlar bu məhsuldan faydalana bilər?

Məlumat üçün qeyd edək ki, davamlı təhsildən istifadə etmək istəyən valideynlərin övladlarınıntəhsil aldığı yerin məktəb və ya ali məktəb olmasının əhəmiyyəti yoxdur, yetərki ödənişli təhsil olsun.

80 manat ödəyib , 10 min manat ala bilərsiz  (İndividual hesablanır)

Misal üçün: valideyn olaraq övladınızın təhsil aldığı 4 ilin, hər ili üçün 2500 manat ödəməlisiz. Bu ödənişin cəmi isə, 4 ilə 10 min manat edir. 4 il ərzində valideyn hər il sığorta üçün 80 manat ödəməli olacaq. Davamlı təhsil məhsulundan istifadə edərək sığortalanmış valideynlərdən biri bədbəxt hadisə nəticəsində  1-ci qrup əlil olarsa və ya həyatını itirərsə sığorta şirkəti valideynin əvəzinə tələbənin təhsil haqqını ödəyir. Qalan məbləği isə ya tələbəyə və ya  onun qəyyumuna verir. Misal üçün 10 min manatlıq sığortanın 5 min manatı universitetə tələbənin təhsili üçün ödənilibsə, qalan 5 min manat tələbəyə verilir.

Ətraflı: Davamlı Təhsil daxil ola və ya (012) 942 nömrəsinə zəng vura bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259