SIĞORTA

Ceyhun Əsgərov: Sığortaya ödədiyi pullar üçün bəd dua edənlərdən olublar bəlkə də
04 FEVRAL
736

Ceyhun Əsgərov: Sığortaya ödədiyi pullar üçün bəd dua edənlərdən olublar bəlkə də

2019-02-04 17:00:00

Fins.az sığorta eksperti Ceyhun Əsgərovun sığortaya ödənilən pulların artıq olmadığı barədə yazdığı məqaləni təqdim edir. 

İlk baxışda sığortanın artıq bir xərc olaraq düşünüldüyü qətidir. Amma başına bir hadisə gəlmiş və dəymiş ziyanı olan bir adamdan soruşduqda "Yaxşı ki sığorta etdirmişəm" deyəcəkdir. İnsanın başına gəlmədən işin əhəmiyyətini anlamır. Bəli, sığortaya ödənilən pullar çox şikayət mövzusu olub. Amma sığortanın faydasını görənlər isə eyni fikirdə deyillər. Ehtiyacımız olanda almadığımız yeganə şey sığorta olduğunu yəqin ki unutmamışıq. Sığorta nə üçün lazımdır? Sualının cavabı buradadır. Ortada sığortalana bilən bir mənfəət olmalıdır. Bu mənfəətin pul ilə ölçülə bilən bir dəyəri olmalıdır. İnsanlar həyatları boyu bir sıra əşyalar əldə edirlər. Yaşamaq üçün evlər, yaşayış evlərinə əşyalar, nəqliyyat vasitələri alırlar, biznes qururlar, səyahətə çıxırlar, övladlarının təhsili haqda fikirləşirlər, sağlamlıqlarını düşünürlər və s. Bütün bunlar bu günün şərtlərində qarşılana bilən dəyərlərdir. Ancaq işlər hər zaman yolunda getməyə bilər. Magistral yollarda,yağışda, qarda, istər işlə bağlı istər istirahətə getdiyində baş verən yol nəqliyyat hadisələri can itkisi və milyonlarla manatlıq maddi ziyan təhlükəsi həmişə var. Digər tərəfdən sağlamlığımıza ziyan vursa belə siqaretə illik ödədiyimiz pulu heç düşünmürük. Lakin sığortanın başımıza gələ biləcək hadisədən bizi nə qədər qoruyacağını təxmin etməyimizə baxmayaraq, şəhadətnaməyə ödənən pul üçün lənət oxuyanlardan heç danışmıram. Bu maddi ziyanları yaşayanlar və zərər ödənişi alanlar da bir müddət əvvəl sığortaya ödədiyi pullar üçün bəd dua edənlərdən olublar bəlkə də. Nə vaxt, nəyin olacağı bəlli deyil və bəla öncədən gəlirəm deməz. Həyatda heç bir şeyin zəmanəti yoxdur və hər anı risklərlə doludur.Ya bir gün gözlənilməz ölçüdə xəstəliklərlə boğuşmaq məcburiyyətində qalarsınızsa? Ya da bir gün ölüm qapını döyəndə övladlarınızın təhsili necə olacaq? Geridə qalanlar həyatlarını necə davam etdirəcək?Bu gözlənilməz risklərə qarşı qorunmanın yolu isə sığorta olunmaqdan keçir.

Sığorta, ödənəcək kiçik məbləğ qarşılığında, ortaya çıxan risklərin təsirlərini aradan qaldıra və həyatın qaldığı yerdən əvvəlki kimi davam etməsində sizə böyük köməklik edəcək bir yardım fondudur. Sığorta etdirmək, gələcəyi maddi cəhətdən güvən altına almaq deməkdir. Hər an risk düşünərək yaşanmaz. Risklərinizi sığorta şirkətlərinə təhvil verdiyiniz müddətdə, rahat yaşamaqla bərabərişlərinizi davam və inkişaf etdirməkdə daha asan olacaqdır. Büdcəmiz imkan verdiyi qədər həyatımızı və malımızı sığorta etdirməkdə fayda var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262