SIĞORTA

Avtobus və mikroavtobuslarının icbari sığortalanması elektron qaydada həyata keçiriləcək
31 YANVAR
517

Avtobus və mikroavtobuslarının icbari sığortalanması elektron qaydada həyata keçiriləcək

2019-01-31 15:35:00

Maliyyə bazarlarının əhəmiyyətli faktorlarından biri kimi sığorta sektorunda icbari sığorta xidmətlərinin istifadəçilərinin maraqlarının müdafiəsi, icbari sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində son zamanlarda inkişaf yönümlü tendensiya müşahidə olunur ki, bunun əsasında bir sıra sığorta sahələrində konkret irəliləyişlər, müsbət meyillər qeydə alınmışdır. Belə ki, icbari sığorta qeydiyyatı vahid sistem altında mərkəzləşdirilmiş, fərdi qəza hallarından icbari sığorta istiqamətində bir sıra dövlət və özəl qurumları ilə əməkdaşlıq çərçivəsində memorandum imzalanmışdır.

Bu pozitiv dəyişikliklərə baxmayaraq, sektorda bəzi narazılıq doğuran hallara da rast gəlinməkdədir. Hazırda gündəmdə olan məsələlərdən biri nəqliyyat vasitələri kimi avtobus və mikroavtobusların icbari sığortalanması məsələsidir. Qeyd edək ki, sığortaçılar tərəfindən icbari sığorta məqsədilə müraciət edən şəxsə imtina edilməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə zidd haldır. Qeyd edək ki, bu kimi halların aradan qaldırılması məqsədilə hazırda Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İcbari Sığorta Bürosu tərəfindən konkret tədbirlər həyata keçirilir.

Məlumat üçün bildirək ki, nəqliyyat sektorunda mikroavtobus, avtobus və digər sərnişin daşıyıcı avtonəqliyyat vasitələri təklif edən sahibkarlar bu problemlərlə qarşılaşmamaq üçün öz əmlaklarını elektron qaydada sığortalamaq imkanına malikdirlər. Belə ki, sahibkar sığorta şirkətinə və ya sığorta vasitəçilərinə müraciət etmədən istənilən sığorta şirkətinin internet səhifəsi üzərindən müvafiq məlumatları daxil etməklə öz əmlakını elektron qaydada icbari sığortalaya və icbari sığorta nömrəsi əldə edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262