SIĞORTA

Sığorta şirkətləri ilə bağlı yeni xəbər
31 YANVAR
720

Sığorta şirkətləri ilə bağlı yeni xəbər

2019-01-31 15:35:00

2018-ci ilin yanvar-dekabr ayları ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 30 mln. 364,5 min manat təşkil edib. Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, yanvar-noyabr ayları ilə müqayisədə 3 mln. 364,2 min manat və ya 12,46% çoxdur. 2017-ci il ilə müqayisədə isə daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalarda 2 mln. 436,1 min manat və ya 8,72% artım müşahidə edilib.

Sığorta ödənişlərinə gəlincə, ötən ilin yanvar-dekabr aylarında bu göstərici 4 mln. 25,2 min manat olub ki, bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 415,2 min manat və ya 11,5%, 2017-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 1 mln. 197,1 min manat və ya 42,33% çoxdur. Ümumilikdə, ötən il daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər daxilolmaların 13,26%-ni təşkil edib. Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə sığorta haqlarının həcmi 299,4 min manat, ödənişləri 83,7 min manat təşkil edib. Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə bu sığorta növü üzrə yığımlar 10,77% artıb, ödəniş isə 28,77% artıb. 2017-ci il ilə müqayisədə isə bu göstərici müvafiq olaraq 1,11% və 3,6 dəfə çoxdur. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262