SIĞORTA

ASA ya ikinci dəfə sədr təyin olunan Azər Əliyev ilə - MÜSAHİBƏ
30 YANVAR
803

ASA ya ikinci dəfə sədr təyin olunan Azər Əliyev ilə - MÜSAHİBƏ

2019-01-30 13:59:00

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr təyin edilmiş Azər Əliyev Fins.az-ın suallarını cavablandırıb. Qeyd edək ki, bu vəzifədə Azər Əliyevin ilk müsahibəsi elə Fins.az-a olub

 

Peşəkar fəaliyyətinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Xarici Sərmayələr İdarəsində başlamış, daha sonra TEXACO və TOTAL neft şirkətlərində çalışmısız. Bilmək istərdim ki, adı çəkilən son iki şirkətdə hansı vəzifələrdə çalışmısız?

Tamamilə doğrudur. Azərbaycan Respublikası Dövlət Neft ŞirkətinınXarici Sərmayələr İdarəsindən sonra qeyd etdiyiniz şirkətlərdə kommersiya mühəndisi, eləcə də Layihə rəhbəri  kimi çalışmışam.

Fransa Neft İnstitutu və Moskva Dövlət Hüquq Akademiyasının (Rusiya Federasiyası) magistrısız. Maliyyə sahəsində fəaliyyətiniz nə vaxt və hansı şirkətdə başlayıb?

Maliyyə sektorunda, bilavasitə sığorta sahəsində 2006-cı ildən etibarən əmək fəaliyyətinə başlamışam. Bu “Qafqaz”, “Atəşgah” sığorta şirkətləri və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) olub.

ASA ya sədr təyin edilməyiniz sizin üçün gözlənilən idi?

Xeyr, bu gözlənilməz qərar oldu. 2018-ci ilin sonunda struktur dəyişiklikləri baş verdi və nəticədə mən bir il müddətinə ASA-nın sədri təyin olundum.

Sizdən qabaq ASA ya sədrlik edən Mustafa bəyin işini necə qiymətləndirirsiz?

Çox yaxşı. Bir ildən də az zaman kəsiyində bir çox təşəbbüslər irəli sürüldü və çox şadam ki, bu təşəbbüslər Maliyyə Bazarlarına Nəzarət Palatası  və İcbarı Sığorta Bürosu tərəfindən dəstəkləndi. Ümid edirəm ki, mənim də faəliyyətim adıçəkilən qurumlarla sıx və faydalı əməkdaşlıq mühitində davam edəcək.  

2010-2013-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Sədri olmusuz o vaxtdan bəri ölkəmizin sığorta sahəsində nə dəyişib?

Çox dəyişiklilər olub. Birincisi, bir çox icbari sığorta növləri əhəmiyyətli inkişaf səviyyəsinə çata bilib. Həyat sığortası demək olar ki, bazar üzrə toplanan sığorta haqlarının yarıdan çoxunu təşkil edir. Ölkə üzrə toplanan sığorta haqlarının ümumi həcmi əhəmiyyətli dərəcədə artım nümayiş etdirir. Sığorta agenti insititutu geniş inkişaf edib. Sığorta sahəsində İnformasiya texnologiyaları geniş tətbiq olunmağa başlayıb.

İndi qarşıya qoyduğunuz əsas məqsəd nədir ?

Məqsəd 2018-ci ildə artıq irəli sürülmüş təşəbbüsləri davam etdirməkdir. Bu, əhali arasında sığortanın təbliği, sığortaçıların təlimi üçün treninqlərin təşkili, və, əlbəttə ki, sığorta qanunvericiliyinin təkmilləşdirilməsinə yönəlmiş iş olacaq.

Vergilər Məcəlləsində edilən dəyişikliklərin sığorta sahəsinə necə təsiri oldu?

Bu mövzuda nikbinəm və inanıram ki, qəbul olunan dəyişikliklər dövlət iqtisadiyyatına müsbət təsir edəcək və bu da, öz növbəsində sığorta yığımlarının artımına gətirib çıxaracaq.

Bir çox insanlarda belə təəssürat yaranıb ki, vergilər məcəlləsində edilən dəyişiklik həyatın yaşam sığortasına mənfi təsir edir yəni bu sığorta növündə sığortalının ən  azı 3 il ərzində toplanacağı vəsaiti azalacaq bu məsələni necə şərh edərdiz?

Belə bir təklif var. Lakin əminliklə deyə bilmərəm ki, tətbiq olunan dəyişikliklər həqiqətən də həyat sığortası yığımlarının kəskin azalmasına səbəb olacaq. Bəli, həyatın yığım sığortası yığımları azala bilər, amma bununla belə biz, rəsmi əmək müqavilələrinin sayının çoxalması nəticəsində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə yığımların artımını gözləyirik.

ASA ya hər bir sığorta şirkətinin nümayəndəsinin rəhbərlik etməsinə necə baxırsız? Ümumiyyətlə bu nədən irəli gəldi ki, məhz ASA da idarə etmə belə olsun?

Bu maraqlı təcrübədir. Daha əvvəl belə yanaşma tətbiq olunub. Səmimi desəm, bütünlüklə mükəmməl olan idarəemə sistemi yoxdur. Bu və ya digər sistem müəyyən şərt və mühitə uyğunlaşdırılaraq tətbiq edilməlidir. Düşünürəm ki, rotasiya sisteminin mövcudluğu bir neçə sığorta şirkətinin bilik və təcrübəsindən faydalanmaq imkanı verəcək. Bu gün qarşılıqlı məlumatlılıq şəraitində işləmək vacibir. Bu yalnız sığorta şirkətləri deyil, həmçinin sığorta sahəsi ilə əlaqəsi olan digər təşkilatlara da aiddir. Maliyyə Bazarlarına Nəzarət Palatası və İcbarı Sığorta Bürosunun dəstəyinə böyük ümidlər bəsləyirik. 

 Müəllif:Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259