SIĞORTA

A-QROUP 50 nəfər sığortalının xaricdəki müalicəsini ödəyib
14 YANVAR
274

A-QROUP 50 nəfər sığortalının xaricdəki müalicəsini ödəyib

2019-01-14 16:51:00

Tibbi sığorta bazarında lider olan, A-Qroup Sığorta Şirkəti öz xidmətlərini yalnız Azərbaycanın ən yaxşı klinikalarında deyil, həm də onun hüdudları xaricində təqdim edir.

Yalnız 2018-cı il ərzində A-Qroup Sığorta Şirkəti 50 sığortalının müalicəsini xaricdə təşkil etmiş və ödəmişdir.

Sığorta hadisələri aşağıdakılar olmuşdur: cərrahi müdaxilə, onkoloji xəstəliklərin müalicəsi və tibbi müayinə. Sığortalılar Türkiyə, Almaniya, Rusiya,İsrail, Ukrayna, Belorusiya və İranın ən yaxşı klinikalarında müayinə və müalicə almışlar.

Xatırlatmaq istərdik ki, A-Qroup 23 ildən artıqdır ki, öz müştərilərini sevən, onların hər birinin qayğısına qalan və onlara dünya standartlarına uyğun yüksək keyfiyyətli xidmət göstərən şirkət olaraq qalmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027