SIĞORTA

2019-cu ildə prioritet olacaq 4 yeni sığorta növləri
14 YANVAR
281

2019-cu ildə prioritet olacaq 4 yeni sığorta növləri

2019-01-14 15:55:00

Bu ilin əsas sığorta növləri məlum olub. Fins.az xəbər verir ki, sığorta eksperti İlkin Nəcəfov bildirib ki, 2019-ci ildə sığorta sahəsində əsas prioritet Aqrar, icbari tibbi, müştərək və mikro sığorta növləri olacaq. 

Ekspertin sözlərinə görə, Kənd Təsərrüfatında aparılan struktur islahatları öz bəhrələrini verir.  Aqrolizing möhlətlə satılan kənd təsərrüfatı texnikasının kreditləşməsi kənd təsərrüftaı nazirliyi yanınd kredit agentliyinə həvalə edilib. Bu müvəkkil banklar vasitəsi ilə həyata keçiriləcəkdir. Bununla bağlı sığorta dinamikasında artım gözləyirik. Digər  mühüm artım gözlədiyimiz kanal isə Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin social lahiyəsi olan yoxsulluğun ləğv olunması ilə bağlı həyata keçirilən lahiyədir. Bu lahiyə çərçivəsində maddi vəziyyəti zəif olan kəndlilərə  dövlət tərəfindən əvəzsiz olaraq iribuynuzlu və xırda buynuzlu mal-qara veriləcək. Bununla bağlı kəndlilərə təlimlər və maarifləndirmə keçiriləcək. Onlar üçün dövlət tərəfindən hərtərəfli  dəstək veriləcək. Hətta Nazirlik bu işə o qədər həssas yanaşır ki,  hər region üçün ,  həmin regiona xas heyvanı almağı planlaşdırırlar. Bu heyvanlar dövlət tərəfindən verilməklə yanaşı  ilk iki ildə dövlətin balansında olmaqla yanaşı  şərt qoyulur ki, sığortası da olsun. Bu sığorta hesabına təxmini deyə bilərik ki, 15-20 milyon sığorta haqqı daxil olacaq . Digər sığorta növü İcbari tibbi sığortanın isə 2020-ci ildə bütün ölkə ərazisində tətbiq ediləcəyi gözlənilir. 

Müştərək və mikro sığorta

Mikro sığortada sığorta haqqlarında bir ciddi sığorta haqqı gözlənilmir. Mikro sığorta xüsusi ilə əhalinin  gəlir səviyyəsi az olan ölkələrdə papulyar olur. Misal üçün Hindistan , Pakistan yaxın şərq ölkələridə  mikro kreditlər mikro sığorta çox populyardır. Hələ ki,bu layihə ərəfəsindədir. Bu ilin ikinci yarısına tətbiq edilə bilər.

Digər sığorta növlərində şirkətlər məhsul satırlar və  müəyyən gəlir marjası təyin edirlər. Amma müştərək sığortasında məqsəd qazanc əldə etmək deyil. Burada məqsəd insanların bir yerə yığılaraq qarşılıqlı yardım etmələridir. Müştərək sığorta bir növ fond yaratmaq kimidir. Bu iki sığortanı tətbiq etməklə əsas hədəf əhalinin sığortaya cəlb edilməsidir.

Müəllif: Xeybər Heydərov 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256