SIĞORTA

Müştərilərə qarşı yanaşma üzrə A-QROUP yenə də öndədir
09 YANVAR
536

Müştərilərə qarşı yanaşma üzrə A-QROUP yenə də öndədir

2019-01-09 17:28:00

Azərbaycan Sığortaçılar Assosiasiyası rəsmi saytının (www.asa.az) versiyasına görə 2018-ci ilin dekabr ayının yekunlarına əsasən A-Qroup Sığorta Şirkəti YENƏ DƏ reytinq cədvəlinin ən yüksək pilləsində qərarlaşıb.

Sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşma üzrə aparılan  reyninqə əsasən müştərilərin ən razı qaldığı A-Qroup sığorta şirkəti olmuşdur.

Bu reytinqin nəticəsi yenə də A-Qroup Sığorta Şirkətininöz müştərilərinin qayğısına qalan və onlara yüksək keyfiyyətli, dünya standardlarına uyğun xidmətlər göstərən şirkət olduğunu təsdiq edir.

On minlərlə insan A-Qroup-a öz daşınmaz əmlakını, maşınlarını, və ən əsasıda öz Sağlamlıqlarını etibar edirlər. A-Qroup-un müvəffəqiyyəti onun yüksək səviyyəli xidməti, kreativ yanaşması və işində peşəkarlığıdır.

İnsure.az portalının təqdimatına görə xidmət və müştəri məmnuniyyəti səviyyəsinin müəyyən edilməsi üçün təşkil olunmuş reytinq cədvəlində ikinci yeri 30 balla “Atəşgah Sığorta” şirkəti tutur. 3, 4 və 5-ci yerin sahibləri isə  “Qala Həyat Sığorta”, “Paşa Sığorta” və “Xalq Sığorta” şirkətləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271