SIĞORTA

“AzRe Təkrarsığorta”nın rəhbərliyində dəyişiklik
07 YANVAR
685

“AzRe Təkrarsığorta”nın rəhbərliyində dəyişiklik

2019-01-07 15:56:00

“AzReTəkrarsığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Fuad Quliyev şirkətin Direktorlar Şurasının sədri təyin edilib. Fins.az xəbər verir ki, o, yeni vəzifəsində Vəliəhd Səfərovu əvəz edib. İH-nə rəhbərlik isə F.Quliyevin müavini Vüsal Abbasova həvalə edilib.

Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb. Hazırda şirkətin dövriyyədə hər birinin nominal dəyəri 25 min manat olan 2 min ədəd səhmi var. Səhmlər 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin 91,11%-lik, “Azər-Türk Bank” ASC-nin isə 6,55%-lik səhmdarıdır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269