SIĞORTA

Bu halda hesablanmış əmək pensiyasına, pensiya kapitalı əlavə edilir
07 YANVAR
472

Bu halda hesablanmış əmək pensiyasına, pensiya kapitalı əlavə edilir

2019-01-07 14:33:00

Əmək pensiyası ilə  bağlı  01.01.2006-cı ilə kimi 25 illik staj necə güzəşt edilir? Bütün bu və digər sualları iqtisadçı ekspert Rauf Qarayev cavablandırıb. 

Əgər şəxsin hesabında 01 yanvar 2018-ci ilə kimi pensiya kapitalı (məbləğindən aslı olmayaraq) varsa ona stajının olub olmamasından aslı olmayaraq 25 illik sığorta stajı, pensiya yaşına çatıbsa güzəşt edilir. Yəni o əmək pensiyası ala biləcək.

Əgər şəxsin  01.01.2006-cı ilə kimi 35 il stajı varsa o halda necə?

Əgər şəxsin 35 il stajı və ya 2006-cı ildən sonra da işləyibsə, ona hesablanmış əmək pensiyasına, pensiya kapitalı əlavə edilir. O artıq daha çox əmək pensiyası almaq hüququ qazanır.

62 yaş qadınlar və 67 yaş kişilər qocalığa  görə müavinat alırdılar, indi eyni yaşa çatan şəxslərə bu güzəşt aid edilir?

Bəli. Amma burda bir nüans var. Əgər onların pensiya hesabında 01.07. 2018-ci ilə kimi məbləğindən aslı olmayaraq vəsait varsa, onlarda bu güzəştdən yararlana biləcək.

Əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası alanlar necə?

Onların sığorta stajı azdırsa, sığorta stajı norma çərçivəsində hesablanacaq. Əgər bu əmək pensiyasına çıxmaq üçün kifayət edəcəksə, o halda əmək pensiyası təyin ediləcək.

Kimlərə güzəşt fərqli hesablanır?

Yuxarıda qeyd etdiyimdən fərqli olaraq, əmək şəraitinə görə, güzəştli şərtlərlər, pensiya hüququ olan şəxslərə, hərbi qulluqçulara, dövlət qulluqçularına əmək pensiyası fərqli qaydada hesablanır. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264