SIĞORTA

Mustafa Abbasbəyli vəzifəsini tərk edib ?
04 YANVAR
1362

Mustafa Abbasbəyli vəzifəsini tərk edib ?

2019-01-04 18:56:00

Bir müddət öncə məlumat verdiyimiz kimi "Azərbaycan Sığortaçılar Assosiasiyası"-nın idarə edilməsində dəyişiklik olmalı idi. Bəs bu dəyişiklik baş tutub?

Bakı/19:10/Xeybər Heydərov/Fins.az

Geridə qoyduğumuz 2018-ci ilin dekabr ayında məlumat verilmişdi ki, "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin sədri Mustafa Abbasbəyli 2018-ci ilin sonu vəzifəsini tərk edəcək. Məlumata görə, ASA sədri Assosiasiyaya 2018-ci ilin  sonuna qədər rəhbərlik edəcəkdi və 2019-cu ildən ASA-nın idarə edilməsində dəyişiklik olacaqdı. Assosiyasiyanın üzvü olan sığorta şirkətlərinin rəhbərlərindən ibarət Müşahidə Şurasının formalaşdırılması, hər bir rəhbər şəxsin ASA-ya 1 il müddətində rəhbərlik edəcəyi gözlənilirdi. 

Fins.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, deyilən vaxt başa çatmağına baxmayaraq ASA rəhbəri hələlik vəzifəsini icra edir və yaxın günlərdə dəyişiklik barədə məlumat veriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269