SIĞORTA

Azərbaycan Sığortaçılar Assosiasiyası "Palataya" nə təklif edib ?
04 YANVAR
428

Azərbaycan Sığortaçılar Assosiasiyası "Palataya" nə təklif edib ?

2019-01-04 16:27:00

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə Azərbaycan sığorta bazarının inkişaf istiqamətlərinin müəyyən olunması və dayanıqlı inkişafına töhfə vermək məqsədilə “Sığorta Bazarının İnkişafına dair Təhlil və Təkliflər” sənədi hazırlanaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilib. 53 səhifədən ibarət təklifdə bir çox məqamlar yer alıb. 

Bakı/18:37/Xeybər Heydərov/Fins.az

ASA-dan Fins.az-a verilən məlumata görə təklifdə "Sığorta bazarının inkişafına dair təhlil və təkliflər" sənədi Azərbaycan Respublikasının sığorta bazarının mütəmadi dayanıqlı inkişafına töhfə vermək məqsədilə hazırlanmış və Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edilmişdir. Sənəddə Azərbaycan sığorta bazarının statistik göstəriciləri əks olunmuş, əsas sığorta məhsulları üzrə təhlillər aparılmış və həm ayrı-ayrı sığorta məhsulları üzrə, həm də ümumi sığorta bazarının inkişafına istiqamətlənən təkliflər verilmişdir. Təkliflərdə sığorta bazarının inkişafı üçün təbliğat-təşviqat işlərinin görülməsinin vacibliyi vurğulanmış, müştəri məmnuniyyətinin səviyyəsinin yüksəldilməsi, sığorta hadisələrinin  tənzimlənməsində çevikliyin artırılması üçün elektron informasiya sistemləri ilə əlaqələrin qurulması, vahid mərkəzləşdirilmiş məlumat bazasının yaradılması, sığorta müqavilələrinin elektron qaydada bağlanmasının təşviq edilməsi və digər bu  kimi məqamlara toxunulmuşdur.

Eləcədə Bax:Azərbaycan Sığortaçılar Assosiasiyası "Palata"ya 53 səhifəlik təklif verib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264