SIĞORTA

ASC “Standart Insurance” Sığorta Şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzində işgüzar görüş keçirildi
29 DEKABR 2018
934

ASC “Standart Insurance” Sığorta Şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzində işgüzar görüş keçirildi

2018-12-29 11:20:00

27 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzinin, ASC “Standart Insurance” Sığorta Şirkətinin və Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirildi. Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzinin Direktoru Anar Həsənov, ASC “Standart Insurance” Sığorta Şirkətinin İdarə Heyətinin Sədri Anar Sadıxov və Azərbaycan Dövlət Aqrar Universitetinin Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının professoru, iqtisad elmləri doktoru, kafedra müdiri Məhərrəm Hüseynovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin strateji hədəflərindən olan sığorta bazarının inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələr müzakirə olunmuşdur. Bildirilmişdir ki, kənd təsərrüfatı sahəsinə xas olan risklərin qiymətləndirilməsi, aqrar sektorun maliyyələşdirilməsinin gücləndirilməsini o cümlədən şəffaf və maliyyə cəhətdən dayanıqlı kənd təsərrüfatı sığortası sisteminin yaradılması aqrar sahə üzrə mütəxəssisə ehtiyac yaradacaq. Bu sahənin insan resursları potensialı baxımından inkişaf etdirilməsi xüsusi yanaşma və “Aqrar sığorta” üzrə kadr hazırlığını zərurətə çevirir. Qeyd edilənlər və kənd təsərrüfatında sığorta işinin bilavasitə bitkiçilik və heyvandarlıq məhsulları istehsalı ilə qarşılıqlı əlaqədə aparılmasını nəzərə alınaraq “Aqrar sığorta” ixtisasının məhz ADAU-da açılması məqsədəuyğun hesab edilmişdir. Növbəti il üçün MBNP “Standard İnsurance” SŞ ilə birgə, ADAU ilə əməkdaşlıq çərçivəsində maarifləndirmə seminarlarının keçirilməsi, Təlim və Marifləndirmə Mərkəzi ilə əməkdaşlıq memorandumunun imzalanması, həmçinin tələbələrin sığorta sahəsində maarifləndirilməsi üzrə işlərə başlanılmasından bəhs edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264