SIĞORTA

Həyatın yaşam sığortası nədir və üstünlüyü nədədir?
18 YANVAR
583

Həyatın yaşam sığortası nədir və üstünlüyü nədədir?

2019-01-18 10:54:00

Həyatın yaşam sığortası elə insanın həyatı ilə bağlıdır. Bu sığorta növü 3 il müddətinə ilə sığortalananlar həyatlarını itirərlərsə bu zaman həmin insanın yaxınları sığorta ödənişi alacaqlar. Hətta müştəri müqavilə müddəti vəfat edərsə belə.

Sual oluna bilər ki, bəs ölüm hadisəsi baş verməzsə sığorta ödənişi ala bilərəmmi?

Hadisə baş vermədikdə müştəri ödənişi özü alır. Həyatın yaşam sığortasının başqa sığorta növlərindən bir fərqi də budur. Digər sığorta növlərində ödənişin məbləği dəymiş zərərin məbləğindən asılı olur. Həyatın yaşam sığortasında isə ödənişin məbləği əvəlcədən müəyyən olunur.

Həyatın yaşam sığortasında bir fərq də ondadır ki, hadisə baş vermədiyi zaman pul sığorta şirkətində qalmır 3 ildən sonra müştəriyə ödənilir. Sığorta haqqı isə hər ay müştərinin əmək haqqından tutulur.

Aylıq ödəniş nə qədər çox olsa sonda əldə ediləcək məbləğ bir o qədər də çox olur. Müqavilə minimum 3 illik bağlanır.

Həyatın yaşam sığortası bank əmanətliliyini oxşayır. Amma həyatın yaşam sığortasının bank əmanətlərindən iki əsas üstün cəhəti var. Birincisi həyatın yaşam sığortasına yönəldilən vəsait vergidən və sosial ödənişlərdən azaddır.

İkinci üstünlüyü isə odur ki, banka əmanət yatıran şəxs vəfat edərsə yalnız o günə qədər yatırdığı məbləğin ödənişini ala biləcək.  Həyatın yaşam sığortasında isə müştəri hətta müqavilə bağladıqdan bir ay sonra vəfat etsə ona müqavilədəki ödəniş məbləği büsbütün vəfat edənin yaxınlarına ödənilir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264