SIĞORTA

“Başak İnam” Sığorta Şirkətinin könüllü ləğv edilməsinə başlanılıb
27 DEKABR 2018
402

“Başak İnam” Sığorta Şirkətinin könüllü ləğv edilməsinə başlanılıb

2018-12-27 13:08:00

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin avqustun 20-də qəbul etdiyi qərarla “Başak İnam” Sığorta Şirkəti ASC məcburi ləğvetmədən könüllü ləğvetməyə keçib. Fins.az “Report”-a istinadən xəbər verir ki, buna səbəb sığortaçının maliyyə vəziyyətinin öhdəliklərini yerinə yetirməyə imkan verməsidir.

Beləliklə, noyabrın 12-dən “Başak İnam”ın könüllü ləğv edilməsinə başlanılıb. Bununla da, Maliyyə Bazarlarına Nəzarət Palatasının təyin etdiyi müvəqqəti inzibatı sığorta şirkətində işini yekunlaşdırıb və işləri Ləğvetmə Komissiyasına təhvil verib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263