SIĞORTA

Bu sığorta şirkətinin aktivləri 30 milyon manatdan çoxdur
27 DEKABR 2018
447

Bu sığorta şirkətinin aktivləri 30 milyon manatdan çoxdur

2018-12-27 09:49:00

“AtaSığorta” ASC İdarə Heyəti sədrinin birinci müavini Orxan Məmmədov 2018-ci ilin yekunlarından danışarkən qeyd edib ki, şirkət hazırda 30 sığorta növü üzrə müştərilərə sığorta xidmətləri göstərir. Sığorta növləri  iki hissəyə bölünür. Könüllü növlər və icbari növlər. Orxan Məmmədov bildirib ki, “Biz sığorta yığımlarımızın genişlənməsini və xərclərin müəyyən formada optimallaşdırılmasını planlaşdırırıq.  2018-2020-ci  illər üzrə şirkətimizin strategiyasına uyğun olaraq qarşımızda duran proqnozlar bunu deməyə imkan verir. Hesab edirik ki, 2019-cu ildə könüllü  sığorta məhsullarının növlərini artıracağıq.  Şirkətimiz  könüllü növlər üzrə müştərilərin rahatlığına və istəklərinə uyğun olaraq “Sərfəli Kasko”, “Qoşa Kasko”, “Arxayın mən” və “Sığortalıyam”  məhsullarını  bazara təqdim edib. Sentyabr ayından etibarən daha bir yeni məhsul “Petrollu Kasko”  məhsulu müştərilərə  təqdim olunub.  Sığorta risklərimizi səmərəli idarə etmək məqsədilə sığorta portfelimizi bir qədər diversifikasiya etmək istəyirik.  Həmçinin,  xidmətlərimizin keyfiyyətini artırmaqla sığorta sektorunda ciddi rəqabət aparan şirkətlərdən biri kimi bütün imkanlarımızdan istifadə etməyə çalışırıq.  Şirkətimiz fiziki və hüquqi şəxslərə  yüksək səviyyədə sığorta xidmətləri göstərməklə onların təlabatına uyğun yeni məhsulları təqdim etməyi davam etdirməkdir”.  

“AtaSığorta” ASC ölkəmizdə mövcud tələbata uyğun olaraq fiziki şəxslər üçün nəzərdə tutulmuş “Səyahət paketi”, “Tələbə paketi”, “Fiziki şəxslərin sığortası” və “Ailə paketi” adlı yeni tibbi sığorta məhsullarını sığorta sektoruna təqdim edir.Turizmlə bağlı sığorta məhsuluna tələbatı nəzərə alaraq yeni “Səyahət paketi” məhsulu yaradılmışdır. Bu məhsul ölkə daxilində səyahət edən vətəndaşlar və xaricdən gələn qonaqlar üçün nəzərdə tutulub. “Səyahət paketi” təcili baş verən halların və xəstəliklərin müalicəsinə təminat verir. “Tələbə paketi” yerli və xaricdən ölkəmizə təhsil almaq üçün gələn tələbələr üçün nəzərdə tutulub. Ali təhsil müəssisələrinin tələbələri bu məhsulu əldə etməklə kiçik bir məbləğ qarşılığında gözlənilməz hadisələr zamanı tibbi yardımla təmin olunmalarına nail ola bilərlər. Bu paket üzrə 5 cür qiymət təklifi mövcuddur. Qiymətlər təminat verilən risklərin əhatəsindən asılı olaraq dəyişir.

Həmçinin, vətəndaşların çoxsaylı müraciətləri əsasında fiziki şəxslərin fərdi qaydada sığortalanması üçün “Fiziki şəxslərin sığortası” və ailələr üçün nəzərdə tutulan “Ailə paketi” adlı yeni tibbi sığorta məhsulları hazırlanıb. Hər iki məhsul üzrə bir neçə qiymət təklifi təqdim olunur. Qiymətlər təminat verilən risklərin əhatəsindən asılı olaraq dəyişir. Ailə və ya qrup şəklində sığorta olunan zaman sərfəli qiymətlər təklif edilir.“AtaSığorta” ASC 100-ə yaxın  klinika və apteklərlə əməkdaşlıq edir və bu siyahı günü-gündən genişlənir. Sığorta olunanlar müqavilə müddəti ərzində həmin klinikalarda müalicə olmaq imkanı əldə etmiş olurlar. Həmçinin, sığorta olunanların ailə üzvlərinə əməkdaşlıq etdiyimiz klinikalarda sığorta təminatına daxil olmayan xidmətlər üzrə 50 %-dək endirimlər tətbiq olunur.

Bu yaxınlarda “AtaSığorta” ASC sığorta xidmətlərinə tələbatın artmasını nəzərə alaraq müştərilərinə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərmək məqsədi ilə “GƏNCƏ” Filialının ofisini yeni ünvanda Gəncə şəhərində müştərilərin istifadəsinə verib. Onu da qeyd etmək lazımdır ki, 2018-ci ildə Azərbaycan  Həmkarlar  İttifaqları Konfederasiyası “AtaSığorta” ASC-ni Həmkarlar İttifaqında xidmətlərinə görə “AHİK-in 25 illik Yubiley” döş nişanı ilə təltif etmişdir.

  “AtaSığorta”nın aktivləri hal-hazırda 30 milyon manatdan çoxdur. Şirkət 26 könüllü və 4 icbari sığorta növü üzrə sığorta xidmətləri təqdim edir. İcbari Sığorta Bürosunun üzvüdür. “AtaSığorta” ASC Bakı şəhəri daxil olmaqla regionlar üzrə 15 filialı, 19 nümayəndəliyi və 60-dan çox satış ofisləri ilə müştərilərə xidmət göstərir.

Müəllif:Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256