SIĞORTA

Özünəməşğulluq proqramına cəlb olunanların sayı 6.5 dəfə artıb
26 DEKABR 2018
507

Özünəməşğulluq proqramına cəlb olunanların sayı 6.5 dəfə artıb

2018-12-26 10:40:00

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri diqqətə çatdırıb ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların sayı cari ildə 6,5 dəfə artaraq 7800 nəfəri ötüb ki, onlardan 1000 nəfərini sosial yardm alan aiələrdən olanlar, 1255 nəfərini məcburi köçkünlər, 1000 nəfərdən çoxunu əlilliyi olanlar, 158 nəfərini şəhid ailəsi üzvləri və digər həssas qruplar təşkil edib. Fins.az xəbər verir ki, proqrama cəlb olunanlardan artıq 4 min nəfərinə mal və materiallar verilməklə kiçik ailə təsərrüfatları yaradılıb və proqram iştirakçılarınımn mal və materiallarla təminatı işləri hazırda davam edir. Özünüməşğulluq proqramına fəal dəstək olaraq, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən də 125 ailənin bağçılıq təsərrüfatları da yaradılıb. S.Babayev 2018-ci ilin 11 ayında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin əvvəlki ilə nisbətən 224 milyon manat, o cümlədən qeyri-büdcə sektoru üzrə 145 milyon manat artdığını və proqnoza 105,4 faiz əməl olunduğunu qeyd edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq, pensiya təyinatı sistemində təkmilləşdirmələr aparılıb. Müvafiq qanunvericiliyə edilmiş dəyişikliklər gələn ilin əvvəlindən pensiya təyinatının heç bir sənəd və vətəndaşın fiziki şəkildə müraciəti tələb olunmadan, yəni avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə imkan verəcək. Başqa sözlə, 2006-cı ildən 2018-ci ilin 1 iyul tarixinədək fərdi hesabında heç bir pensiya kapitalı qeydə alınmayanlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. istisna olunmaqla, pensiya yaşına çatanların 70 fazinin pensiya təyinatı avtomatlaşdırılmış şəkildə aparılacaq. Həmçinin pensiya yaşına çatan və fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınan (məbləğdən asılı olmayaraq) şəxslərə 2006-cı ilin yanvarın 1-dək olan dövr üçün avtomatik 25 il sosial sığorta stajı hesablanacaq ki, bu da 2006-cı ilədək 25 ildən az stajı olduğu üçün pensiya hüququ yaranmayan şəxslərin bu hüquqa malik olmasına şərait yaradacaq. S.Babayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün bu il əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılması nəticəsində 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 mənzilin təqdim edilməsinə imkan verib. Həmçinin bu il daha 265 nəfər Qarabağ müharibəsi əlili minik avtomobili ilə təmin olunub. Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təmin olunmasını nəzərdə tutan 19 aprel 2018-ci il tarixli Fərman isə dövlət başçısının hümanist təşəbbüsünün nəticəsi və şəhid ailələrinə xüsusi qayğısının davamıdır. 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub ki, onlardan artıq 3 min nəfərinin 4 min vərəsəsinə həmin ödənişlərin verilməsi prosesi həyata keçirlir.

 

                                                                                                                                     Müəllif: Xeybər Heydərov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269