SIĞORTA

Kreditlərin sığortası üzrə daxilolmalar bu qədər artıb
21 DEKABR 2018
198

Kreditlərin sığortası üzrə daxilolmalar bu qədər artıb

2018-12-21 17:29:00

Azərbaycanda kreditlərin sığortasına maraq artıb. Fins.az-ın məlumatına görə, Report Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr ayları ərzində kredit sığortası üzrə sığorta şirkətlərinin yığımları 89,4 min manat olub. Bu, yanvar-oktyabr aylarındakı göstəricidən 4900 manat və ya 88,2% çoxdur. Bir il əvvəl ilə müqayisə etsək, ölkədə kreditlərin sığortası üzrə daxilolmalar 4,5 dəfə artıb.

Bu ilin dekabrın 1-nə olan məlumata əsasən, kreditlərin sığortası üzrə ödəniş edilməyib. Qeyd edək ki, 2017-ci ilin yanvar-noyabr aylarında da kreditlərin sığortası üzrə ödənişlər olmayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256