SIĞORTA

Bədbəxt hadisələrə görə nə qədər sığorta ödənilib?
21 DEKABR 2018
207

Bədbəxt hadisələrə görə nə qədər sığorta ödənilib?

2018-12-21 17:17:00

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə toplanan sığorta haqlarının və ödənişlərin məbləği açıqlanıb. Fins.az-ın məlumatına görə, Report Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr ayları ərzində bu sinif üzrə sığorta daxilolmaları 33 mln. 39 min manat təşkil edib. Bu, yanvar-oktyabr aylarındakı göstəricidən mln. 795,3 min manat və ya 9,24%, ötən ilin eyni dövründəki göstəricidən isə mln. 48 min manat və ya 6,6% çoxdur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlərə gəlincə, hesabat dövründə bu rəqəm mln. 812,6 min manat olub ki, bu da yanvar-oktyabr ayları ilə müqayisədə 215,4 min manat və ya 8,29% çoxdur, bir il əvvəlki göstəricidən isə 123,7 min manat və ya 4,21% azdır. 

Ümumilikdə, yanvar-noyabr aylarında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlər sığorta haqlarının cəmi 8,51%-ni təşkil edib. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256