SIĞORTA

Daşınmaz əmlakın sığortalanmasına maraq artıb?
21 DEKABR 2018
212

Daşınmaz əmlakın sığortalanmasına maraq artıb?

2018-12-21 15:16:00

2018-ci ilin yanvar-noyabr ayları ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 27 mln. 000,3 min manat təşkil edib. Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, yanvar-oktyabr ayları ilə müqayisədə mln. 701 min manat və ya 6,72% çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalarda mln. 28,8 min manat və ya 8,12% artım müşahidə edilib. Sığorta ödənişlərinə gəlincə, bu ilin yanvar-noyabr aylarında bu göstərici mln. 610 min manat olub ki, bu, yanvar-oktyabr ayları ilə müqayisədə 325,9 min manat və ya 9,92%, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 984,8 min manat və ya 37,5% çoxdur. Ümumilikdə, bu ilin 11 ayında daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər daxilolmaların 13,37%-ni təşkil edib.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə sığorta haqlarının həcmi 270,3 min manat, ödənişləri 65 min manat təşkil edib. Yanvar-oktyabr ayları ilə müqayisədə bu sığorta növü üzrə yığımlar 8,42% artıb, ödəniş isə qeydə alınmayıb. Bir il əvvəl ilə müqayisədə isə bu göstərici müvafiq olaraq 1,17% az və 2,8 dəfə çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264