SIĞORTA

Gəncə şəhərində “GƏNCƏ” Filialının yeni ünvanda ofisini açdı
19 DEKABR 2018
325

Gəncə şəhərində “GƏNCƏ” Filialının yeni ünvanda ofisini açdı

2018-12-19 14:55:00

“AtaSığorta” ASC sığorta xidmətlərinə tələbatın artmasını nəzərə alaraq müştərilərinə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərmək məqsədi ilə “GƏNCƏ” Filialının ofisini yeni ünvanda Gəncə şəhərində müştərilərin istifadəsinə vermişdir.

Açılışda şirkətin İdarə Heyəti sədrinin müavini Qoşqar Həsənov, departament direktorları, şöbə müdirləri və bir sıra fəxri qonaqlar iştirak etmişlər.

Yeni ünvanda açılmış “GƏNCƏ” Filialı Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti 203.C ünvanında fəaliyyət göstərməyə başlamışdır. Rahat və geniş binada tam təmir edilmiş, müasir texnoloji avadanlıqlarla təmin edilmiş və müştəriləri qəbul etməyə tam hazır vəziyyətə gətirilmişdir.Satış ofisinin rahat ünvanda yerləşməsi, ofisdə yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcəkdir.

“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkətimizin ödənilmiş nizamnamə kapitalı 14,6 mln. AZN təşkil edir. Şirkətimizin aktivləri hal-hazırda 30 milyon manatdan çoxdur. Şirkətimiz 26 könüllü və 4 icbari sığorta növü üzrə sığorta xidmətləri təqdim edir. İcbari Sığorta Bürosunun üzvüdür. “AtaSığorta” ASC Bakı şəhəri daxil olmaqla regionlar üzrə 15 filialı, 19 nümayəndəliyi və 60-dan çox satış ofisləri ilə müştərilərə xidmət göstərməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256