SIĞORTA

ASC``Standard İnsurance`` Sığorta Şirkəti bölgədə olan təhsil ocaqları ilə əməkdaşlığı genişləndirir
18 DEKABR 2018
419

ASC``Standard İnsurance`` Sığorta Şirkəti bölgədə olan təhsil ocaqları ilə əməkdaşlığı genişləndirir

2018-12-18 16:46:00

“Standard Insuranse” ASC sığorta şirkəti ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

“Standard Insuranse” ASC-nin İdarə Heyətinin sədri Anar Sadıqovun və LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun imzaladıqları müqavilə iki qurum arasında əməkdaşlıq üçün geniş imkanlar açır.

Müqaviləyə əsasən, təcrübəçi tələbələrin bilik və bacarıqlarının artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığı təşkil ediləcək, gələcəkdə kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstəriləcək. Həmçinin tələbələrin şirkətin bazasında istehsalat təlimi və təcrübə keçmələrinə şərait yaradılacaq, birgə təlimlər təşkil ediləcək. Şirkətin nümayəndə heyəti ilə görüşdə professor Natiq İbrahimov universitet barədə ətraflı məlumat verərək, son illər kadr hazırlığı istiqamətində görülən işlərdən, tələbələrə praktiki vərdişlərin aşılanmasının vacibliyindən və bu sahədə qazanılan uğurlardan danışıb.

Şirkətlə əməkdaşlığın LDU üçün faydalı olacağını deyən N.İbrahimov bu addımın məzunların işlə təminatına da müsbət təsir edəcəyini bildirib. Qeyd edib ki, bundan sonra LDU-da tələbə və magistrlərə sığorta ilə bağlı əlavə fənlərin tədrisi nəzərdə tutulub. Anar Sadıqov “Karyerada ilk addımlar” layihəsi, tələbə-tədris proqramı çərçivəsində ölkənin nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq etdiklərini, gəncləri maarifləndirmək məqsədilə mütəmadi görüşlər keçirdiklərini deyib. O, LDU ilə əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını vurğulayıb, şirkətdə təcrübə keçən tələbə və magistrlərin işlə təmin ediləcəyini bildirib. Əlavə etmək istərdik ki, “Standard İnsurance” Sığorta şirkəti 2002-ci ildə fəaliyyətə başlamışdır. 16 il ərzində şirkətimiz yüksək nəticələr göstərmiş, daim öz yerini ilk onluqda qoruyub saxlamışdır. `Standard İnsurance` sizi qoruyan Sığorta!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269