SIĞORTA

ASC “Standard İnsurance” Sığorta Şirkəti bu bölgələrdə görüşlər keçirib
14 DEKABR 2018
463

ASC “Standard İnsurance” Sığorta Şirkəti bu bölgələrdə görüşlər keçirib

2018-12-14 17:51:00

ASC Standard İnsurance Sığorta Şirkəti 29 noyabr 2018-ci il tarixində Quba, Qusar, Xaçmaz peşə liseylərində Tələbə təcrübə proqramı çərçivəsində tələbələrlə görüş keçirmişdir. Tələbələr tərəfindən maraqla qarşılanan bu tədbirdə ASC Standard İnsurance Sığorta Şirkətinin İdarə Heyətinin sədri A. Sadıxov, İnsan Resursları departamentinin direktoru R.Qafarov, Müştəri şöbəsinin müdüri R.Əhmədov və Quba nümayəndəliyinin direktoru M. Babaxanov iştirak etmişdir. Tədbirləri giriş sözü ilə açan şirkətin idarə heyətinin sədri A. Sadıxov şirkət haqqında tələbələrə geniş məlumat vermiş və qeyd etmişdir ki, tələbələr sığorta sahəsi kimi perspektivli bir sahədə gələcək karyeralarını uğurla başlaya bilərlər. Tədbirin qedişatında şirkət əməkdaşları tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılmışdır. Tələbə təcrübə proqramı çərçivəsində tələbələr tam olaraq iş prosesinə daxil olub şirkətin iş xüsusiyyətlərini öyrənəcək, fəaliyyət mexanizmi ilə tanış olacaqlar. Eyni zamanda iştirakçılar təhsil aldıqları zaman əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmək imkanı əldə edəcək, təcrübi tapşırıqları yerinə yetirəcəklər.Həmçinin sığorta məhsullarının satışı texnologiyası, sığorta hadisələrinin tənzimlənməsi sahəsində biliklər, eləcə də risklərin idarə edilməsi üzrə ixtisaslaşdırılmış məsləhətlər əldə edəcəklər. Lisey rəhbərliyi tərəfindən peşə liseylərində sığorta aqenti ixtisasının mövcud olduğu bildirilib. Lakin hələ ki, bu ixtisas üzrə qurupların açılması ilə bağlı müraciətlərin olmadığına görə içtimayyətin bu istiqamətdə marifləndirilməsinə ehtiyac olduğu bildirilib. Spikerlər tərəfindən tələbə təcrübə proqramı çərçivəsində “Standard İnsurance” Sıgorta Şirkətinin təşəbbüsü ilə bu formatda görüşlərin mütəmadi xarakter daşıyacağı, qarşıda oxşar tədbirlərin planlaşdırıldığı qeyd edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264