SIĞORTA

"Atəşgah Sığorta" şirkətinin təşəbbüsü ilə sahibkarlara TƏLİM keçirildi
07 DEKABR
270

"Atəşgah Sığorta" şirkətinin təşəbbüsü ilə sahibkarlara TƏLİM keçirildi

2018-12-07 15:23:00

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi və ATƏŞGAH SIĞORTA şirkətinin təşəbbüsü ilə sahibkarların maarifləndirilməsi məqsədi ilə “Sahibkarlıq fəaliyyətində İcbari sığortalar” mövzusunda planlaşdırılan təlim keçirilib.

Fins.az xəbər verir ki, müəssisələrin öz işçilərini icbari qaydada sığortalaması böyük əhəmiyyət daşıdığı bir zamanda sahibkarların icbari sığortalar haqda məlumatlılığının artırılması və uğurlu fəaliyyət üçün sığortanın faydaları, iqtisadi biznes mühitin ayrılmaz atributlarındandır.

İki gün ərzində keçrilən təlimdə ATƏŞGAH SIĞORTA şirkətinin mühüm müştərilərlə iş şöbəsinin müdiri Vüqar Hüseynli, parəkəndə satış itarəsinin rəisi Rüfət Ağazadə, rekrutinq və təlim şöbəsinin müdiri Babək Məmmədov sahibkarlara təlim keçib. Tam proqram üzrə təlimi bitirmiş iştirakçılara sertifikat təqdim olunub.

 

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256