SIĞORTA

A-Qroup yenə də öndədir
06 DEKABR
159

A-Qroup yenə də öndədir

2018-12-06 09:18:00

Azərbaycan Sığortaçılar Assosiasiyası rəsmi saytının (www.asa.az) versiyasına görə A-Qroup yenə də birinciliyi qoruyub saxladı.

Sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşma üzrə aparılan  reyninqə əsasən müştərilərin ən razı qaldığı sığorta şirkəti A-Qroup olub.

Bu reytinqin nəticəsi yenə də A- Qroup Sığorta Şirkətinin  öz müştərilərinin qayğısına qalan və onlara yüksək keyfiyyətli, dünya standardlarına uyğun xidmətlər göstərən şirkət olduğunu təsdiq edir.

On minlərlə insan A-Qroup-a öz daşınmaz əmlakını, maşınlarını, və ən əsasıda öz Sağlamlıqlarını etibar edirlər. A-Qroup-un müvəffəqiyyəti onun yüksək səviyyəli xidməti, kreativ yanaşması və işində peşəkarlığıdır.

İnsure.az portalının təqdimatına görə xidmət və müştəri məmnuniyyəti səviyyəsinin müəyyən edilməsi üçün təşkil olunmuş reytinq cədvəlində ikinci yeri 24 balla “Atəşgah Sığorta” şirkəti tutur. 3, 4 və 5-ci yerin sahibləri isə  “Qala Həyat Sığorta”, “Paşa Sığorta” və “Xalq Sığorta” şirkətləridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255