SIĞORTA

Sosial müdafiə sistemində ixtisar olmayacaq
03 DEKABR
163

Sosial müdafiə sistemində ixtisar olmayacaq

2018-12-03 15:45:00

Bütün müzakirələrimizdə bir məsələ, bir fikir oldu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində heç bir ixtisar olmayacaq. Nazir Sahil Babayevin özü də, digər nazirlik rəsmiləri də bildiriblər ki, ixtisarlar gözlənilmir.

Fins.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli son zamanlar bir sıra qanunlara, o cümlədən, Vergilər Məcəlləsinə edilən köklü dəyişikliklərin icrası zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin sistemində ixtisarların yaşana biləcəyi ilə bağlı cəmiyyətin müvafiq kəsimində yaranan narahatlıqlara münasibətini bildirərkən deyib.

O qeyd edib ki, əksinə, hazırda adıçəkilən qurumda “DOST” Mərkəzləri və digər srtukturlar, xidmətlər yaranır. 

“Həmin strukturlarda da mütəxəssislərdən istifadə olunacaq. Düzdür, sığortanın yığım məsələsi Vergilər Nazirliyinə verilir, amma bu, o demək deyil ki, həmin nazirlik sistemində ixtisarlar olacaq.

Heç kim narahat olmasın, ixtisar məsələsi gündəmdə yoxdur”, - deyə komitə sədri sözlərinə əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255