SIĞORTA

ASC "Standard Insurance" Sığorta Şirkətindən növbəti nümayəndəlik
30 NOYABR
519

ASC "Standard Insurance" Sığorta Şirkətindən növbəti nümayəndəlik

2018-11-30 13:13:00

ASC "Standard Insurance" Sığorta Şirkəti müştəri məmnuniyyətinə nail olmaq məqsədilə xidmət dairəsini nümayəndəliklər vasitəsi ilə genişləndirir.

Fins.az xəbər verir ki, növbəti nümayəndəlik noyabr ayının 12-i Yevlax şəhərində müştərilərin xidmətinə verilib. Bu cür təşəbbüsün əsas məqsədi yalnız Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhalinin bütün növ sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını təmin etməkdir. Bununla yanaşı Şirkət baş verən sığorta hadisələri zamanı peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ və yüksək səviyyədə xidmətin göstərilməsini əsas tutur. Açılış mərasimində ASC "Standard İnsurance" Sığorta Şirkəti-nin İdarə Heyətinin sədri, departament və şöbə rəhbərləri, həmçinin Yevlax Şəhər icra hakimiyyətinin müavini, şəhər bələdiyyəsinin sədri, YAP rayon təşkilatının sədri, Əmək müfəttişliyi və Məşğulluq mərkəzinin işçiləri, Rayon Maliyyə şöbəsinin işçiləri iştirak etmişdir. Qeyd etmək istərdik ki, “Standard İnsurance” Sığorta şirkəti 2002-ci ildə fəaliyyətə başlamışdır. 16 il ərzində şirkətimiz yüksək nəticələr göstərmiş, daim öz yerini ilk onluqda qoruyub saxlamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256