SIĞORTA

İstehsalatda bədbəxt hadisələrə görə 2,6 mln. manat sığorta ödənişi verilib
29 NOYABR
196

İstehsalatda bədbəxt hadisələrə görə 2,6 mln. manat sığorta ödənişi verilib

2018-11-29 17:07:00

 İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə toplanan sığorta haqlarının və ödənişlərin məbləği açıqlanıb.

Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə xəbər verir ki, bu ilin yanvar-oktyabr ayları ərzində bu sinif üzrə sığorta daxil olmaları 30 mln. 243,7 min manat təşkil edib. Bu, yanvar-sentyabr aylarındakı göstəricidən 2 mln. 247,6 min manat və ya 8,03%, ötən ilin eyni dövründəki göstəricidən isə 1 mln. 434,3 min manat və ya 4,99% çoxdur.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlərə gəlincə, hesabat dövründə bu rəqəm 2 mln. 597,2 min manat olub ki, bu da yanvar-sentyabr ayı ilə müqayisədə 236,9 min manat və ya 10,04% çoxdur, bir il əvvəlki göstəricidən isə 34,9 min manat və ya 1,33% azdır.

Ümumilikdə, yanvar-oktyabr aylarında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlər sığorta haqlarının cəmi 8,59%-ni təşkil edib.

 Eləcə də bax: Azərbaycanda sığorta bazarının 56%-nə bu şirkət nəzarət edir

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256