SIĞORTA

Palata sığorta attestasiyasının nəticələrini açıqladı - ADLAR MƏLUM OLDU
29 NOYABR
431

Palata sığorta attestasiyasının nəticələrini açıqladı - ADLAR MƏLUM OLDU

2018-11-29 16:50:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün keçirilmiş attestasiyanın nəticələri açıqlanıb.

Fins.az MBNP-a  istinadən xəbər verir ki, 26 və 27 noyabr 2018-ci il tarixlərində sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.

Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 5 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.  

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

Attetasiyanın nəticələrinə buradan baxa bilərsiniz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256