SIĞORTA

On ayda 617,2 milyon manat sığorta haqqı toplanıb
29 NOYABR
150

On ayda 617,2 milyon manat sığorta haqqı toplanıb

2018-11-29 09:30:00

Yanvar-oktyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 617,2 milyon manat məbləğində sığorta haqqı toplanıb, 205,9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, könüllü sığorta bazarı üzrə haqlar 450,8 milyon manat, ödənişlər 149,7 milyon manat, icbari sığorta bazarı üzrə haqlar 166,4 milyon manat, ödənişlər isə 56,2 milyon manat olub.

Doqquz ay ərzində sektor üzrə məcmu sığorta haqlarının 73 faizi könüllü, 27 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 72,7 faizi könüllü, 27,3 faizi isə icbari sığorta növləri hesabına formalaşıb.

Eləcə də bax:"Bitcoin"nin məzənnəsi yenidən 4 000 dolların üzərinə çıxıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256