SIĞORTA

Sığorta ekspertindən TƏKLİF
28 NOYABR
371

Sığorta ekspertindən TƏKLİF

2018-11-28 19:02:00

Həyat sığortasında boşluqların izi ilə: İstehsalatda bədbəxt hadisələr və Peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta"sı ilə sığorta olunmuş dövlət müəsisəsinin işçisi ilə həyat sığorta şirkəti arasında müqavilə bağlanır.

Müqavilə hadisədən 3 ay qabaq bağlanır. 3 ay sonra bədbəxt hadisə baş verir. Şəxs vəfat edir. Sığorta şəhadətnaməsində sığorta müqaviləsinin qüvvəyə minməsi, sığorta ödənişinin ilk ödənildiyi gün kimi qeyd edilir. Ölənin varisləri sığortaya müraciət edir. Sığorta müqaviləyə əsasən "imtina edir". Həəə suallar bundan sonra başlayır.

1. Sığorta ödənişini kim gecikdirib? Büdcə təşkilatı olduğundan Maliyyə Nazirliyinə də sual vermək olar. 2. Həyat sığorta şirkəti "imtina etdiyindən" qanunla bu ödənişi İSB verməlidir. İSB burada sığorta ödənişini verdikdən sonra subroqasiya (geri tələb etmə) qaydası tətbiq edə bilərmi? Qanunla bəli.

Beləliklə təklif : Büdcə təşkilatlarında sığorta müqaviləsi müqavilənin bağlanması gün qüvvəyə minir. İfadəsi işlənsə daha işçilər üçün daha əlverişli olardı. Çünki büdcə təşkilatının ödənişi geciksə belə mütləq ödənir.

Müəllif: Sığorta eksperti İlkin İbrahimov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255