SIĞORTA

Azərbaycanın sığorta bazarı 33% böyüyüb
28 NOYABR
147

Azərbaycanın sığorta bazarı 33% böyüyüb

2018-11-28 09:31:00

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 617,171 mln. manat məbləğində sığorta haqqı toplanılıb.

Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,4% çoxdur.

10 ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 205,96 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 0,65% çoxdur.

Eləcə də bax: “Qala Sığorta”da KİV nümayəndələri üçün “Açıq Qapı Günü”

Bu il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 33,4manatı ödəniş edilib. 2017-ci ilin müvafiq dövründə bu göstərici 44,2 manat olub.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256