SIĞORTA

Sığorta müqaviləsinin məzmunu MADDƏ 26
28 NOYABR
98

Sığorta müqaviləsinin məzmunu MADDƏ 26

2018-11-28 08:30:00

Maddə 26. Sığorta müqaviləsinin məzmunu

1. Sığorta müqaviləsində aşağıdakılar göstərilməlidir:

1.1. sığortaçının adı və ünvanı;

1.2. sığortalının adı və ünvanı;

1.3. sığorta obyekti və onun olduğu yer;

1.4. sığorta riskləri;

1.5. sığorta məbləği və ödənişinin verilməsinin qaydası;

1.6. sığorta haqqının məbləği, onun verilməsinin qaydası və müddəti;

1.7. müqavilənin qüvvədə olduğu müddət;

1.8. müqaviləyə üzrə sığorta münasibətlərinin digər iştirakçıları varsa, onlar barədə məlumat (sığorta olunan, fayda götürən, lazım gəldikdə sığorta agent və brokerləri);

1.0. müqavilənin dəyişdirilməsi və ona xitam verilməsi qaydası.

2. Tərəflərin razılığı ilə müqavilədə başqa şərtlər də göstərilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256