SIĞORTA

Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradılıb
27 NOYABR
837

Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradılıb

2018-11-27 18:01:00

 Vergilər Nazirliyi “Xalq Həyat Sığorta” ASC-ni dövlət qeydiyyatına alıb.

“Xalq Həyat Sığorta” ASC-dən Fins.az-a verilən məlumata görə, yeni şirkət “Xalq Sığorta” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 22L, məhəllə 494-də qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 15 mln. manat, qanuni təmsilçisi isə “Xalq Sığorta”nın İdarə Heyəti sədrinin müavini Roman Alpaşa oğlu Vəliyevdir.

Xatırladaq ki, hazırda Azərbaycanda 3 həyat sığortası şirkəti – “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lər fəaliyyət göstərir. 

 Eləcə də bax: Xarici hüquqi və fiziki şəxslərin Azərbaycanda sığorta fəaliyyəti MADDƏ 23

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256