SIĞORTA

İcbari tibbi sığorta sisteminin tətbiqinə dairmi masa keçirilib
22 NOYABR
317

İcbari tibbi sığorta sisteminin tətbiqinə dairmi masa keçirilib

2018-11-22 16:44:00

22 noyabr 2018-ci il tarixində Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, Fransanın Beynəlxalq Texniki Ekspertiza Agentliyinin (ExpertiseFrance) Litvanın sosial müdafiə qurumları ilə birlikdə icra etdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinin  nailiyyətlərinə həsr olunmuş dəyirmi masa keçirilib.

Fins.az-ın xəbər verir ki, tədbirin əsas məqsədi layihənin nəticələri və perspektivləri ilə bağlı iştirakçıları məlumatlandırmaq, eyni zamanda  tərəfdaşlarla beynəlxalq  təcrübəni paylaşmaq üçün imkan yaratmaqdır.

Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (bundan sonra Agentlik) nümayəndələri, tvininq layihəsinin heyəti, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəliyinin rəhbəri, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri, Litva Respublikasının Sosial Müdafiə və Əmək Nazirliyinin nümayəndəsi, beynəlxalq mütəxəssislərvə Bakı şəhərində yerləşən tibb müəssisələrinin həkimləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova layihə çərçivəsində Azərbaycanda icbari tibbi sığortanın (İTS) ölkə üzrə tətbiqinin layihələndirilməsivə maliyyələşdirmə modelinin işlənilməsi, baza zərfinin təkmilləşdirilməsi, tibb təsisatçıları ilə müqavilələrin bağlanılması, informasiya texnologiyalarının inkişafı ilə bağlı verilən tövsiyə və təkliflərin pilot layihənin tətbiqində  böyük rol oynadığını bildirib.

ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri HandeHarmancı bildirib ki, vətəndaşların daha keyfiyyətli səhiyyə xidmətləri ilə təmin edilməsindəAzərbaycan hökumətinə dəstək göstərməyə hazırdır.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan qeyd edib ki, səhiyyə xərclərinin azaldılması, o cümlədən xüsusilə analara və uşaqlara daha yaxşı tibbixidmətlərin göstərilməsi nəticəsində gələcəkdə ölkədaha məhsuldar insan resurslarına malik olacaqdır.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Rza Zülfüqarzadə qeyd edib ki, aparılan islahatlar dövründə tvininq layihəsinin icrası İTS ilə bağlı müxtəlif təcrübələrin 

öyrənilməsi baxımından yaxşı fürsətdir. Layihənin icrası nəticəsində Azərbaycan İTS ilə bağlı daha çox təcrübəsi olan dövlətlərlə yanaşı, onunla ortaq tarixi keçmişə malik üzv dövlətlərin də bu sahə üzrə təcrübəsini öyrənir.

Agentliyin Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov bildirib ki, İTS-nin ölkə üzrə tətbiqi ilə bağlı Yol Xəritəsi müvafiq qurumlarla razılaşdırılmamərhələsindədir: “Yol Xəritəsinə əsasən, dövlət tibb müəssisələrinin İTS sisteminə hazırlanması və maliyyə dayanıqlılığının təmin edilməsi nəzərdə tutulur”.

Litva Respublikasının Sosial Müdafiə və Əmək Nazirliyinin nümayəndəsi Ula Urbaite  bildirib ki,  son illər ərzində Azərbaycanda səhiyyə sistemi inkişaf edib və səhiyyə xidmətlərindən istifadə daha da asanlaşıb. Onun fikrincə, Azərbaycanda İTS sisteminin idarəedilməsinin müasir tələblərə uyğunlaşdırılması sahəsində tədbirlərin görülməsi zəruridir.

Üzv dövlət tərəfindən layihə rəhbəri MişelVillakın fikrincə, İTS-nin  tətbiq edildiyi pilot ərazilərdə ilkin nəticələr qənaətbəxşdir: “Biz İTS-nin ölkə ərazisində tətbiq edilməsi ilə bağlı qərarı gözləyirik”.

Səhiyyə sistemində mövcud resursların səviyyəsini nəzərə alsaq, İTS-nin tətbiqi Azərbaycanda səhiyyə sektoruna qoyulan investisiyalardan daha çox istifadə etməyə, o cümlədən daha səmərəli və keyfiyyətli tibbi xidmətlərin təminatına imkan yaradacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256